2016-ci ildə Gürcüstana gedən turistlərin sayında ciddi artım olub - Statistika

2016-ci ildə Gürcüstana gedən turistlərin sayında ciddi artım olub - Statistika
13 Mart 2017
Mətni dəyiş
2016-cı ildə Gürcüstana gələn turistlərin sayı açıqlanıb. Ölkəyə əvvəlki ildən 450 min daha çox turist gəlib. 
Abzas.net xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasına məlumat yayıb. Qonşu ölkəyə keçən il 6,350,825 turistin səfər edib. Turistlərin sayı 2015-ci illə müqayisədə 7,6 faiz, yəni 449,731 daha çox olub. 
Qonşu ölkəyə ən çox qonaq Azərbaycandan gedib, 1,523,075 turist. Əvvəlki illə müqayisədə  ölkəmizdən  9,3 faiz daha çox insan Gürcüstana səfər edib.
Ölkəyə ikinci ən çox turist Ermənistandan gedib. Əvvəlki illə müqayisədə 1,9 faiz daha çox insan səfər edib - 1,496,246. 
Gürcüstana ən çox turist göndərən 3-cü ölkə isə Türkiyədir. 1,25 milyon insan. Amma Türkiyədən gələn turistlərin sayı əvvəlki illə müqayisədə 10 faiz azalıb.
Novbəti yerlərdə Rusiya -  1 milyon, Ukrayna - 172 minvə digər Avropa ölkələri (Litva, Latviya, Çexiya, Bolqarıstan və Almaniya gəlir) gəlir.
2016-cı ildə Gürcüstana gələn turistlərin sayında ən çox artım olan ölkələr isə Yaxın Şərq və Asiya ölkələridir - İran (+485%), Hindistan (+ 199%), Səudiyyə Ərəbistanı (+ 116%), Filippin (+ 89%), Omman (+ 75%) və Çin (+46%). 
Qonşu ölkənin ötən il beynəlxalq turizmdən əldə etdiyi gəlir də artıb. 2016-cı ilin 3 rübündə 1.7 milyard ABŞ dolları gəlir əldə edən Gürcüstan 2015-ci ilin eyni dövrü ilə müqayisədə 177 milyon dollar daha çox qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun