"Youtube"-a internetsiz baxmaq mümkün olacaq

"Youtube"-a internetsiz baxmaq mümkün olacaq
12 Fevral 2017
Mətni dəyiş
"YouTube" internetsiz istifadə üçün inkişaf etdirdiyi tətbiqini təqdim edib.
NTV-nin xəbərinə görə, "Google" firmasının satın aldığı "YouTube" bir çox istifadəçinin maraqla gözlədiyi internetsiz istifadə üçün ilk addımı atıb.
Belə ki, "Google" WiFi bağlantısının keyfiyyəti aşağı olan bölgələr üçün 'YouTube GO' tətbiqini inkişaf etdirib.
Bu tətbiq sayəsində əlaqənin yavaş olmasından ya da qopmasından qorxmadan "offline" halda video izləmək mümkün olacaq.
2016-cı ildə Hindistanda təqdimatı keçirilən tətbiqin bu il istifadəyə hazır olması planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun