Vəkil Elçin Sadıqov təhdid olunduğunu deyir

Vəkil Elçin Sadıqov təhdid olunduğunu deyir
8 Fevral 2017
Mətni dəyiş
"Qanuni fəaliyyətimə görə təhdid olunur, təqib olunur, şantaj olunuram və həyatım təhlükədədir"
"Bu gün bir polis və mülki geyimli şəxs vəkil sənədlərimi yığdığım mənzilə gələrək qanunsuz mənzilə daxil olmağa və guya qeydiyyata düşmədiyim üçün cərimə etməyə cəhd etdi. Halbuki mən orada ümumiyyətlə yaşamıram və öz mülkiyyətimdə olan iki otaqlı evdə ailəmlə birlikdə yaşayıram".
Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində məlumat paylaşıb.
Vəkil bildirib ki, bu sadəcə olaraq onu siyasi işlərdə fəal vəkillik fəaliyyətindən çəkindirmək üçündür və onun həyatıma təhlükə yaratmaq niyyəti güdür.
"Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Lakin, bizdə əksinədir qanuni fəaliyyətimə görə təhdid olunur, təqib olunur, şantaj olunuram və həyatım təhlükədədir".
Vəkil xatırladır ki, 2016-cı ilin noyabr ayında BMCMİ tərəfindən təhdidlərə məruz qalıb: "Şantajla üzləşməyim və 07 noyabr 2016-cı il tarixdə avtomobilimə hücum edilməsi ilə bağlı şikayətlərim hələ də araşdırılmayıb".
Elçin Sadıqov ölkə rəhbərliyindən xahiş edir ki; "Məni qanuni fəaliyyətimə təqib, təhdid, şantaj edənlər və həyatımı təhlükə altında qoyan vəzifəli şəxslər barədə ölçü götürəsiniz və bu hərəkətlərə son qoyulmasına göstəriş verəsiniz".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun