Türk ordusu "Əl Bab" əməliyyatını başa çatdırıb

Türk ordusu "Əl Bab" əməliyyatını başa çatdırıb
16 Fevral 2017
Mətni dəyiş
“Əl–Babda əməliyyatlar artıq başa çatıb”.
“Report” xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən “Fırat Kalkanı” əməliyyatından danışarkən bildirib.
“Əl-Babda əməliyyat artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır”, - deyə, o, vurğulayıb.
Qərargah rəisinin sözlərinə görə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı isə hərbi koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi və maliyyə məsələlərindən asılıdır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun