Turist axının sürətləndirilməsi ilə bağlı sərəncam imzalanıb

Turist axının sürətləndirilməsi ilə bağlı sərəncam imzalanıb
21 Fevral 2017
Mətni dəyiş
Fevralın 20-də prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncam turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqındadır. 
Sərəncamda Gömrük, Miqrasiya və Sərhəd, ASAN xidmətə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, Mədəniyyət və Turizm, Ədliyyə nazirliklərinə, Dəniz Administrasiyasına və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə tapşırıqlar verilib.
Tapşırıqlarda Rusiya, Türkiyə, İran, Gürcüstan ilə buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsindən ötrü 3 ay ərzində müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
Sərəncamda buraxılış məntəqələrinin iş saatlarının artırılması ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulub. Sənəd Bakıdan digər şəhər və rayonlara gedən yol qovşaqlarında buraxılış məntəqələrində şəxslərin keçidinin sıxlıq dərəcəsini əks etdirən interaktiv məlumat lövhələrinin quraşdırılmasını da nəzərdə tutur.
Sərəncamda sərhəd buraxılış məntəqələrində çalışan əməkdaşların peşəkarlığının və xarici dil biliklərinin artırılması üzrə təlimlərdə iştirakının təmin edilməsi də öz əksini tapıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun