Suriyada Rusiyaya aid qırıcılar türk əsgərlərini bombaladı, ölənlər var

Suriyada Rusiyaya aid qırıcılar türk əsgərlərini bombaladı, ölənlər var
9 Fevral 2017
Mətni dəyiş
Suriyanın El Bab şəhərinin yaxınlığında Rusiyaya məxsus qırıcılar səhvən türk əsgərlərinin olduğu ərazini bombalayıb. 
Abzas.net Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, Suriyanın El Bab şəhərinin yaxınlığında Rusiya Federasiyasına məxsus qırıcıların İŞİD hədəflərinə atdığı bombalar səhvən türk əsgərlərinin olduğu əraziyə düşüb. Hadisə nəticəsində 3 türk əsgəri şəhid olub, 11-i  yaralanıb.
Hadisə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin həmkarı Recep Tayyib Erdoğana zəng edərək başsağlı verib. Baş verənlərə görə üzüldüyünü bildirən Putin, məsələnin tez bir zamanda araşdırılacağını deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun