Siyasi zarafatlar, Trump-ı hədəf alan sözlər, möhtəşəm kinolar - "Berlinale" start götürüb

Siyasi zarafatlar, Trump-ı hədəf alan sözlər, möhtəşəm kinolar - "Berlinale" start götürüb
10 Fevral 2017
Mətni dəyiş
Bu il 67-cisi təşkil edilən Berlin Beynəlxalq Film Festivalı (Berlinale) cümə axşamı başlayıb. Festivalın açılış mərasimində Richard Gere, Laura Linney və Moritz Bleibtreu-un da aralarında olduğu dünyaca tanınan məşhur sənətçilər qatılıb. Açılış alman komediya ustası Anke Engelke-nin moderatorluğu ilə reallaşıb.
Abzas.net xəbər verir ki, 67-ci Berlinale-in açılışına kino dünyasından müxtəlif insanların verdiyi siyasi mesajlar və ABŞ-ın yeni rəhbəri Donald Trump-ı hədəf alan kinayəli sözlər damğasını vurub. Bunların biri Anke Engelke-nin zarafatı olub.
Engelke festivala qatılan beynəlxalq qonaqlara xitab olaraq, "festivaldan ötəri mi, yoxsa məmləkətlərinə dönmələrinə artıq icazə verilmədiyi üçün mü orada olduqları" sualını verib. Berlinale-in açılış mərasiminin siyasi atmosferdə reallaşmasının qeyri-adi vəziyyət olduğu ifadə edilib.
"Əvvəlcə sənətçilər"
Festivalın açılışına alman siyasətçilər də qatılıb. Qırmızı xalçada boy göstərənlər arasında Yaşıl siyasətçi Claudia Roth və Sosial Demokrat Michael Müllerlə bərabər Xristian Demokrat Monika Grütters də yer alıb.
[caption id="attachment_23831" align="alignnone" width="386"] Federal Hökümətin Mədəniyyət və Media Siyasəti üzrə nümayəndəsi Monika Grütters (CDU)[/caption]
Federal hökumətin Mədəniyyət və Media Siyasəti üzrə nümayəndəsi Grütters səhnəyə gələrək Trump-ın "America first" (Əvvəlcə Amerika) şüarına istinadən "Artists first" (Əvvəlcə sənətçilər) sözlərini sərf edib. Berlin Bələdiyyə Başçısı Michael Müller isə 1989-cu ildə yıxılan Berlin divarını xatırladaraq, "Divarların insanları bir daha ayırmamasının lazım olduğunu daha əvvəl söyləmişdik" deyib. Aktyor və insan hüquqları aktivisti Richard Gere də festivala Baş nazir Angela Merkel ilə keçirdiyi görüşün ardından qatılıb.
[caption id="attachment_23832" align="alignnone" width="386"] Berlin Bələdiyyə Sədri Michael Müller (SPD)[/caption]
Əsas mükafata kim sahib olacaq?
Festivalın açılışı Fransa istehsalı olan "Django"-nun dünya premyerası ilə edilib. 1943-ci ildə Nazi işğalı altında olan Fransada yaşayan roman musiqiçi Django Reinhardt-ın həyatından danışan film, festival çərçivəsində əsas mükafatlar üçün yarışacaq 18 filmdən biri olaraq önə çıxır.
[caption id="attachment_23833" align="alignnone" width="385"] "Django" filminin komandası[/caption]
İsrailli Oren Moverman-ın rejissoru olduğu və Richard Gere ilə Laura Linney-in baş rollarını paylaşdığı "The Dinner" (Axşam Yeməyi) də festivalda maraqla gözlənilən filmlər arasındadır. Macar rejissor Ildiko Enyedi-in "On Body and Soul"-u (Bədən və Ruh haqqında) da mükafata namizəd göstərilən filmlərdən biri sayılır.
Bunlara əlavə olaraq, 2017 Berlinale Kamera mükafatının isə Çinli kinorejissor Nansun Shi-yə veriləcəyi bildirilib. 1986-ci ildən verilməyə başlanan və festivalın qürur mükafatı olaraq bilinən Berlinale Kamera, Berlinale ilə xüsusi bağı olduğu düşünülən kəslərə verilir. 2007-ci ildə festivalın münsiflər heyətində olan Shi, o gündən bu günə festivalda qonaq olaraq iştirak edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun