Rumıniyanın ədliyyə naziri istefa verib

Rumıniyanın ədliyyə naziri istefa verib
10 Fevral 2017
Mətni dəyiş
Rumıniyada hökumət əleyhinə davam edən aksiyalara cavab olaraq Ədliyyə naziri Florin Iordache istefa verdiyini deyib.
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, xalqı cuşa gətirən və küçələrə istiqamətləndirən hərəkət yeni hökumətin rəsmilərin cəzasını yüngülləşdirmək haqda sərəncamı olub. Baş nazir Sorin Grindeanu-nun imzaladığı sənədə görə, dövlət rəsmisi onun hərəkətinin hökumətə vurduğu ziyan yalnız 47 min dolları keçdiyi halda həbs oluna bilər. Lakin yüz minlərlə insanın etirazı sənədin ləğvinə səbəb olub.
Xatırladaq ki, fevralın 2-də ölkənin sənaye və ticarət naziri Florin Jianu da istefa vermişdi. O, istefasının səbəbini sosial şəbəkədə etdiyi paylaşımla belə izah etmişdi: "Mən gələcəkdə uşağıma qorxaq olduğumu, inanmadığım işə əl qoyduğumu demək istəmirəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun