Referenduma "yox" deyən məşhur aparıcı işdən qovulub

Referenduma "yox" deyən məşhur aparıcı işdən qovulub
12 Fevral 2017
Mətni dəyiş
Referenduma "yox" deməsinin ardından, xəbər aparıcısı İrfan Değirmencinin Kanal D-dəki işinə son verilib.
Abzas.net xəbər verir ki, 20 maddə ilə niyə referenduma "Yox" dediyini açıqlayan Kanal D xəbər aparıcısı İrfan Değirmenci-nin işinə son verilib.
Kanal D-dən edilən açıqlamada, "Doğan Yayım Qrupu olaraq" tərəfsizlik "ən əsas prinsipimizdir" deyilib:
"İrfan Değirmenci sosial şəbəkədə 10 fevral tarixində paylaşdığı yazılarda, açıqca ölkə gündəmində müzakirə edilən bir mövzuda tərəf saxlamışdır. Bu səbəblə özü ilə olan iş fəaliyyətimizi sonlandırırıq".
Qeyd edək ki, İrfan Değirmenci 16 apreldə keçiriləcək referendumla əlaqədar fikirlərini "Twitter"-də paylaşdığı yazılarla açıqlamış və referenduma "yox" deyəcəyini bildirmişdi.
Kanal D-də yayımlanan "Arka Sokaklar" adlı serialda rol alan Şevket Çoruh, İrfan Değirmencinin işinə son verilməsinə reaksiya verərək, "Twitter" hesabından "Mən də "yox" deyirəm, məni də qovun" açıqlamasını edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun