Putin: "Trump-la görüşməyə hazıram"

Putin: "Trump-la görüşməyə hazıram"
10 Fevral 2017
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trump ilə Sloveniyanın paytaxtı Ljubljana-da görüşməyə hazır olduğunu söyləyib.
Sloveniya prezidenti Borut Pahor ilə Moskvada birgə mətbuat konfransı təşkil edən Putin, "Trump ilə keçiriləcək görüşün yeri olaraq Ljubljana-ya etiraz etmirəm. Ljubljana möcüzəvi yerdir. Ancaq bu yalnız bizə deyil, bir çox faktora bağlıdır", - deyə bildirib.
"Sputnik" xəbər verir ki, sabiq ABŞ prezidenti Barack Obama ilə Ljubljana-da görüşdüyünü da xatırladan Putin, "Əgər Trump ilə belə bir görüş reallaşsa, Sloveniyaya bu görüşü təşkil etməyə hazır olduğu üçün indidən təşəkkür edirəm", - deyə qeyd edib.
Rusiya-ABŞ əlaqələrinə də toxunan Putin Washington ilə əlaqələri bütün sahələrdə canlandırmağa hazır olduqlarını vurğulayıb.
Putin, "Rusiya-ABŞ əlaqələri xüsusilə son 5 il ərzində geriləyib. Əlbəttə əlaqələri həm rus həm də ABŞ xalqının mənfəətinə olacaq şəkildə yenidən canlandırmamız lazımdır. Trump-ın bu mövzuya necə yaxınlaşdığını eşitdik və bunu məmnuniyyətlə qarşıladıq. Əlaqələrin bütün sahələrdə və tam tutumla yenidən canlanacağını düşünürük" ifadələrindən istifadə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun