Pakistanda terror hadisəsi nəticəsində onlarla sufi həyatını itirib

Pakistanda terror hadisəsi nəticəsində onlarla sufi həyatını itirib
17 Fevral 2017
Mətni dəyiş
Pakistanın cənubunda məşhur bir məbəddə intihar bombaçısının özünü partlatması nəticəsində azı 72 nəfər həlak olub.
Bombaçı Sind əyalətinin Sehvən şəhərində müqəddəs sufi Lal Şahbaz Qələndər ziyarətgahında inanclılar arasında özünü partladıb, polis bildirib.
Baş nazir Nəvaz Şərif, özünü İslam Dövləti (İD) adlandıran qrupun törətdiyini bildirdiyi bu hücumu qınayıb.
Bu, Pakistanda İD, Taliban və digər qiyamçıların törətdikləri hücumlar arasında ən ölümcülüdür.
Ölkənin ən qədim və ehtiramya yanaşılan yerlərindən olan bu məbəddə cümə axşamı müsəlmanlar ibadət edirdi.
Şahidlərin sözlərinə görə, hücum edən şəxs inanclılar müqəddəs rəqsi ifa edən zaman hücum edib. Yerli media bildirib ki, o, qumbara ataraq özünü partladıb.
"Mən hər yerdə cəsəd gördüm. Mən qadınların və uşaqların meyitlərini gördüm," bir nəfər yerli mediaya məlumat verib.
Başqa biri isə xaos və dağıntı səhnələrini belə xarakterizə edib: məbədin həyəti "ağlayan və çığıran minlərlə insanla dolu" idi.
Pakistanın ən böyük təcili tibbi yardım xidməti - Edhi Rifah Etimadı bildirib ki, həlak olanların 43-ü kişi, doqquzu qadın və 20-si uşaq idi.
Azı 250 nəfər də yaralanıb, yüksək rütbəli polis rəsmisi BBC-yə bildirib.
İslam dininin mistik ordeni olan sufilik Pakistanda əsrlər boyu mövcud olub. İD kimi radikal silahlı qruplar yaratmış sünni təriqətinin bəzi nümayəndələri sufiləri, eləcə də şiələri "kafir" hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun