Minskdə "qəzəbli belarusların marşı" keçirilir

Minskdə "qəzəbli belarusların marşı" keçirilir
18 Fevral 2017
Mətni dəyiş
Fevralın 17-də, Minskdə "parazitizm" vergisi əleyhinə etiraz olaraq minlərlə insan küçələrə çıxıb. 
Bu barədə Белоруский партизан məlumat verir.
Mitinqin təşkilatçısı Belarus müxalifətidir. Portal qeyd edir ki, mitinq "qəzəbli belarusların marşı" adını alıb. Mitinqin iştrakçıları Azadlıq prospektindən keçərək, Sovetski küçəsinə doğru Vergilər Nazirliyi istiqamətində hərəkət ediblər.
Minskdə 2010-cu ildən bəri belə bir kütləvi etiraz olmayıb. Marşın təşkilatçılarından biri olan Nikolay Statkeviçin bildirdiyinə görə, əgər hökumət bir ay ərzində "parazitizm" haqqındakı dekreti ləğv etməzsə, etiraz mitinqi martın 25-də təkrar keçiriləcək və bu dəfə iştrakçıların sayı daha çox olacaq.
Qeyd edək ki, dekret 2015-ci ilin aprelində imzalanıb. Sənədə görə yarım il ərzində işsiz olan vətəndaşlar ildə bir dəfə vergi ödəməlidir. Verginin məbləği 20 baza məbləği təşkil edir (1 baza məbləği təqribən 12 dollardır).
Verginin ödənməsi üçün son tarix isə 20 fevraldır. Nazirliyin verdiyi məlumata görə indiyə qədər bildiriş göndərilmiş vətəndaşların sadəcə 10%-i ödəmə edib. Ümumiyyətlə, bildiriş gedən vətəndaşların sayı 470 mindir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun