Marin Le Pen-in ofisində axtarış aparılıb

Marin Le Pen-in ofisində axtarış aparılıb
21 Fevral 2017
Mətni dəyiş
Fransız polisi Fransız Milli Cəhbəsinin lideri Marin Le Pen-in qərargahında axtarışa başlayıb.
"Reuters"in məlumat verir ki, polisin açıqlamasına görə, axtarışa səbəb AB məxsus fondlardan sui-istifadəsi ilə bağlı istintaqdır. Milli Cəbhənin rəhbərliyi isə ittihamları rədd edir.
"Aydındır ki, bu prezident kampaniyasının gedişinə təsir etmək məqsədi ilə aparılan media-əməliyyatdır", - partiyanın bəyanatında bildirilir.
Daha əvvəl Avropa Parlamenti Le Pen-in fiktiv olaraq iki nəfəri, partiya kabinetinin rəhbəri Catherine Griset və cangüdən Thierry Légier-ni işə götürdüyünü bəyan edərək, Le Pen-dən işçilər üçün verilmiş 350 min avronun xəzinəyə geri qaytarılmasını tələb edib.
Fransız sağçıların lideri isə heç nədə günahı olmadığını bildirib və bununla kifayətlənməyərək katib Klaus Welle-ə qarşı iddia qaldırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun