"Lamborghini" bütün dünya üzrə 5,9 min avtomobili geri çağırır

"Lamborghini" bütün dünya üzrə 5,9 min avtomobili geri çağırır
16 Fevral 2017
Mətni dəyiş
İtaliyanın "Lamborghini" superkar istehsalçısı şirkəti alışma riskinin olması səbəbi ilə bütün dünya üzrə təxminən 5,9 min avtomobili geri çağırır.
Trend-ə istinadən verilən məlumata görə, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
Məlumatda deyilir ki, geri çağırma yanacaq sistemindəki nasazlıqla ilə bağlıdır. Bu nasazlıq səbəbindən avtomobil alışıb yana bilər. Hazırda nasazlıq üzündən xəsarət alanlar barədə şirkətin məlumatı yoxdur.
Geri çağırış "Aventadors" və "Veneno" modelləri aiddir. Şirkət bütün tarixi ərzində yalnız 12 "Veneno" superkarı buraxıb və onların qiyməti 4 milyon dollardan başlayır.
Qeyd edək ki, "Lamborghini" şirkəti 1963-ci ildə yaradılıb. O, "Volkswagen" konserninin tərkibinə daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun