“Hökumət Maltanı Azərbaycana çevirib”

“Hökumət Maltanı Azərbaycana çevirib”
22 Fevral 2017
Mətni dəyiş
“Leyborist Partiyası Maltanı İsveçrəyə çevirməyə söz vermişdi, amma ölkə Azərbaycana çevrilib”
Maltanın “Malta Winds” xəbər platformasında Viktor Kallexa yazır: “Maltanın Avropa Birliyi və avrozona üçün yetəri qədər yaxşı olmadığını əsas gətirərək Leyborist Partiyası 2013-cü ildə söz verdi ki, bu balaca adanı Avropanın ən yaxşısı edəcək. Ardınca partiya böyük səs fərqi ilə qalib gələrək iqtidara sahib oldu.”
Müəllif Malta hökumətini ölkədəki azadlıqları məhdudlaşdırmaqda ittiham edir.
“2017-ci ildə Cosef Muskatın rəhbərliyi altında onlayn medianı tənzimləmək üçün qanun layihəsi təklif edildi. Bu qanun layihəsi ifadə azadlığına təhdid təşkil edir.”
Məqalədə Malta hökumətinin “uğursuzluğunu” ifadə etmək üçün Azərbaycandan etalon kimi istifadə edilib.
“Leyborist Partiyası Maltanı İsveçrəyə çevirməyə söz vermişdi, amma ölkə Azərbaycana çevrilib”, – deyə Viktor Kallexan yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun