Fransada turizmə terror zərbəsi

Fransada turizmə terror zərbəsi
11 Fevral 2017
Mətni dəyiş
Fransa xarici işlər naziri Jean-Marc Ayrault ötən il ölkəni ziyarət edən turist sayının 83 milyona qədər gerilədiyini açıqlayıb.
Ölkənin turistik şəhərlərindən Biarritz-i ziyarət edən Ayrault burada təşkil etdiyi mətbuat konfransında, "2015-ci ildə yeni rekorda imza ataraq 85 milyona çatan turist sayı, 2016-ci ildə 82,5 ilə 83 milyon arasına geriləyib", - deyə bildirib.
"CNN Türk" xəbər verir ki, Ayrault, terror hücumları, həddindən artıq yağan yağışların yol açdığı sel fəlakətləri ilə tətillərin ölkəni ziyarət edən turist sayında enişə yol açdığını ifadə edib.
Fransız nazir, "Turist sayı keçən il azalsa belə, Fransa hələ turistlərin ən çox seçdiyi ölkələrin başında gəlir. 2015-ci ildə olduğu kimi Fransa, keçən il də ABŞ və İspaniyanın önündə yer alır", - deyə vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun