Cənub və qərb rayonlarında qar gözlənir

Cənub və qərb rayonlarında qar gözlənir
14 Fevral 2017
Mətni dəyiş
Fevralın 15-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.
Abzas.net xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadada 2 dərəcə şaxtadan 1 dərəcəyə kimi isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir. Lakin bəzi cənub və qərb rayonlarında qar yağacağı bildirilir. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun