Belarus Avrasiya İttifaqından çıxır?

Belarus Avrasiya İttifaqından çıxır?
2 Fevral 2017
Mətni dəyiş
Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa hazırlaşır.
Bu barədə “Regnum” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb, rəsmi Minsk Rusiya-Belarus İttifaq Dövlətini də tərk edə bilər.
“Regnum”a məlumat verən mənbə deyib ki, rəhbərliyin siyasətindən asılı olmayaraq istənilən halda Belarus xalqı qardaş xalq olaraq qalacaq.
Qeyd edək ki, rəsmi Minsk 80 ölkə vətəndaşlarına müvəqqəti vizasız rejim tətbiq etdikdən sonra Rusiya hökuməti bu ölkə ilə sərhəddə insanların və nəqliyyatın gedib-gəlişini yoxlamaq üçün sərhəd zonalarının yaradılmasına dair qərar qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun