Bağdadda son bir həftədə üçüncü partlayış baş verib

Bağdadda son bir həftədə üçüncü partlayış baş verib
17 Fevral 2017
Mətni dəyiş
İraqın paytaxtı Bağdadın cənubunda şiələrin çox yaşadığı Şurtatey məhəlləsinə yerləşdirilən bomba yüklü maşının partlamasından sonra ən az 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Abzas.net xəbər verir ki, çərşənbə günü də Bağdadın cənubundakı Sədr məhəlləsində bir kamikadze partlayıcı maddə yüklü yük maşınını partlatmışdı. Həmin partlayışda ən az 15 nəfər ölmüş, 50-dən çox insan isə yaralanmışdı.
Bağdadda çərşənbə axşamı günü yenə cənubdakı məhəllələrin birində yaşanan partlayışda azı 4 vətəndaş həyatını itirmişdi.
Hücumların məsuliyyətini üzərinə götürən olmasa da, İŞİD-in İraqda şiə məhəllələrində tez-tez bombalı hücumlar təşkil etdiyi bilinir.
Qeyd edək ki, 2017-ci ilin əvvəllərində Bağdad daxil bir çox İraq şəhərində bənzər hücumlar meydana gəlmiş, fevral ayında isə hücumlar azalmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun