Azərbaycanda FOX Türk kanalının yayımı dayandırıldı [Video]

Azərbaycanda FOX Türk kanalının yayımı dayandırıldı [Video]
23 Fevral 2017
Mətni dəyiş
Azərbaycanda FOX Türk kanalının yayımı analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılıb.
Abzas.net xəbər verir ki, bu barədə "AiləTV" kabel televiziyasının yaydığı məlumatda bildirilib. Məlumata görə, yayım Milli Televiziya və Radio Şurasının (MTRŞ) göstərişinə əsasən dayandırılıb və "FOX Türk" digər bir televiziya kanalı ilə əvəz olunacaq.
MeydanTV-nin məlumtına görə, MTRŞ-dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Fevralın 21-də prezident İlham Əliyev xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması barədə sərəncam imzalayıb. Sərəncam nəinki ölkə mediasının, xarici mətbuatın da gündəmini dəyişib.
FOX TV-nin ana xəbər aparıcısı Fatih Portakal da Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezident təyin edilməsinə proqramında yer verib və hadisəyə münasibət bildirib.
[embed]https://www.youtube.com/watch?v=4osf8WzyExk&feature=youtu.be[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun