"Yuventus" İtaliya çempionatında ardıcıl qələbələrin sayına görə rekord müəyyən edib - VİDEO

"Yuventus" İtaliya çempionatında ardıcıl qələbələrin sayına görə rekord müəyyən edib - VİDEO
9 Yanvar 2017
Mətni dəyiş
Futbol üzrə İtaliya çempionatının 19-cu turunda "Yuventus" öz meydanında "Bolonya" üzərində 3:0 hesablı qələbə qazanıb.
Oyunda Qonsalo İquain dubla imza atıb (7 və 54-cü dəqiqələr), daha bir qolu isə penaltidən Paulo Dibala vurub (41).
Turin klubu aktivində 45 xal ilə turnir cədvəlində liderliyini əminliklə davam etdirir. Yaxın izləyicisi "Roma" "Yuventus"dan 4 xal geri qalır.
"Yuventus" evdə qazanılan ardıcıl qələbələrin sayını 26-ya çatdıraraq İtaliya çempionatları tarixində rekord müəyyən edib.
[embed]http://www.youtube.com/watch?v=qsM6cYjcjwM[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun