Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq istəyib

Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq istəyib
28 Yanvar 2017
Mətni dəyiş
Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq almaq üçün müraciət edib.
"Report" TASS-a istinadən xəbər verir ki, onlar yüksək rütbəli zabitlərdir və NATO-nun Almaniya ərazisindəki bazalarında xidmət edirlər.
Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə və Almaniya Daxili İşlər Nazirliyindən onların vəsatətinə adi qaydada baxılacağı bildirilib.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin fevralın 2-də Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun