Türkiyə parlamenti konstitusiya düzəlişlərinə baxır

Türkiyə parlamenti konstitusiya düzəlişlərinə baxır
9 Yanvar 2017
Mətni dəyiş
Türkiyə parlamentində prezidentin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı konstitusiyaya düzəlişlərinə baxılır.
Bu düzəlişlərdə ölkənin prezident idarəçilik sisteminə keçməsi və prezidentdə geniş səlahiyyətlər verilməsi nəzərdə tutulur.
Yeni düzəliş həmçinin Erdogana daha 2 beşillik müddətə seçilmək imkanı yaradır.
Tənqidçilər hesab edir ki, Erdogan və onun tərəfdarları hakimiyyəti öz əllərində cəmləşdirməyə çalışırlar.
Amma hakim “Ədalət və İnkişaf” partiyası ittihamı rədd edir və Fransadakı sistemi buna misal göstərirlər.
Müzakirələrin 15 gün sürəcəyi gözlənilir.
Düzəlişlərin keçməsi üçün 3/5 səs çoxluğu lazımdır.
Əgər bu baş tutsa layihə ümummilli referenduma çıxarılacaq.
Qeyd edək ki, müxalifətdə olan Miliyyətçi Hərəkət Partiyası (MHP) hakim partiyanın bu addımını dəstəkləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun