Türkiyə Marmara dənizində süni adalar yaradacaq

Türkiyə Marmara dənizində süni adalar yaradacaq
31 Yanvar 2017
Mətni dəyiş
Türkiyə “İstanbul” kanalı layihəsi çərçivəsində üç süni ada yaratmağı planlaşdırır.
Trend-in verdiyi məlumatına görə, adaları Marmara dənizində kanal üçün çıxarılan qruntun hesabına yaradılması nəzərdə tutulur.
Süni adaların turizm məqsədləri üçün inşa olunacağı bildirilir.
Qeyd edək ki, “İstanbul” kanalı Bosfor boğazından qərbdə salınacaq. Bu kanal Bosfor boğazının yüklənməsini azaldacaq. “İstanbul” kanalı layihəsinin dəyəri 20 milyard dollar həcmində ölçülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun