Səyyar ASAN Xidmətin bölgələr üzrə qrafiki açıqlanıb

Səyyar ASAN Xidmətin bölgələr üzrə qrafiki açıqlanıb
31 Yanvar 2017
Mətni dəyiş
Səyyar ASAN Xidmət 1 – 15 fevral Cəlilabad, Göygöl, Hacıqabul, Oğuz şəhərlərində, 1 – 10 fevral Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində, 1 – 20  fevral Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 fevral – 1 mart Mingəçevir və Quba şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
ASAN Xidmətdən APA-ya verilən məlumata görə, bundan başqa, Səyyar “ASAN qatar” 1 fevral tarixindən etibarən 15 gün müddətində Qazax şəhərində vətəndaşların xidmətində olacaq.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun