"Reina" terrorçusu İŞİD üzvü olduğunu etiraf edib

"Reina" terrorçusu İŞİD üzvü olduğunu etiraf edib
17 Yanvar 2017
Mətni dəyiş
“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. 
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.
Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun