Papa Trump-ı etikaya riayət etməyə çağırıb

Papa Trump-ı etikaya riayət etməyə çağırıb
23 Yanvar 2017
Mətni dəyiş
Roma Papası Francis Avropada populizm təhlükəsindən danışıb.
İspaniyanın "El Pais" qəzetinə müsahibəsində Papa avropalıları populizmdən qaçmağa, 30-cu illərin səhvlərini təkrarlamamağa çağırıb. O, "böhran qorxu yaradır", "böhran olan yerdə sağlam düşüncə, idrak olmur" deyib. Populizmin ən pis nümunəsi kimi 1933-cü ilin Almaniyasını xatırladıb.
Roma Papası həm də ABŞ-ın yeni prezidenti Donald Trump-la bağlı bir neçə söz deyib. O, D.Trump-ı etik dəyərlərə əməl etməyə, yoxsulların və səfillərin qeydinə qalmağa çağırıb. Papa yeni prezident haqda fikir söyləməkdən ötrü hələ onu müşahidə edəcəyini deyib. Öncədən sevinməyin, yaxud qorxmağınağılsızlıq olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun