Ölkədə iki günə 5 intihar hadisəsi baş verib

Ölkədə iki günə 5 intihar hadisəsi baş verib
11 Yanvar 2017
Mətni dəyiş
Son 2 gündə ölkə ərazisində 5 intihar olayının baş verdiyi bildirilir.
Yanvarın 9-u Bakıda 55 yaşlı kişi canına qıyıb.
Hadisənin Səbail rayonunda qeydə alındığı, Fazil Qasımovun sirkə turşusu içdiyi bildirilir. Təcilli xəstəxanaya çatdırılsa da onu xilas edə bilməyiblər.
APA xəbər verir ki, yanvarın 10-da isə Zaqatala rayon Aşağı Tala kəndi sakini, 1965-ci il təvəllüdlü Eldar Ramazanovun asılmış meyiti aşkarlanıb.
Şəmkir rayonunun Morul kəndi sakini, 40 yaşlı Maisə Musayevanın da həmin gün canına qəsd etdiyi bildirilir. Qadının ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi söylənir.
Report-un xəbərində isə deyilir ki, yanvarın 10-u Bakıda gənc oğlan - əslən Şəki şəhərindən olan 1996-ci təvəllüdlü Murad Əliyev də özünü Əsəd Əhmədov küçəsindəki binalardan birinin 19-cu mərtəbəsindən atıb.
Nizami rayonundakı Naxçıvanski küçəsində yaşayan 1958-ci il təvəllüdlü İradə Musayevanın isə özünə xəsarət yetirərək intihar etdiyi bildirilir.
Olayların səbəbləri açıqlanmır. Araşdırma aparılır.
"Azadlıq Radiosu"-nun məlumatına görə, təkcə ötən ilin 9 ayında Azərbaycanda 500 özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanıb. Ekspertlər Azərbaycanda intiharların səbəblərinin hərtərəfli araşdırılması ilə bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə, bir çox hallarda intiharların gerçək səbəbləri gizlədilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar və hüquqsuzluqdan canlarına qıyırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun