Nicad İbrahim 11-ci gündür ölüm aclığını davam etdirir

Nicad İbrahim 11-ci gündür ölüm aclığını davam etdirir
9 Yanvar 2017
Mətni dəyiş
Başına gətirilən haqsızlıqlara etiraz olaraq dekabrın 30-da ağzını tikən Nicad İbrahim artıq 11-ci gündür ölüm aclığını davam etdirir.
Keçmiş biznesmen saytımıza açıqlamasında bildirib ki, hökumətdən iki əsas tələbi var. Onu güllələyən polislər cəzalandırılsın və ondan oğurlanan pullar geri qaytarılsın.
Nicad İbrahim deyir ki, 11-ci gündür o aclığını davam etdirir, amma rəsmi qurumlardan heç biri indiyə qədər onun problemi, yaxud səhhəti ilə maraqlanmayıb.
Xatırlatma
Buna da baxın: Ağzını tikən biznesmen: “Pulumu qaytarmamaq üçün polisləri məni güllələdi” [Fotolar]
2008-ci ildə Anar Əliyev adında polis Nicad İbrahimi aldadaraq ondan külli miqdarda pul alıb. Sonra onu qaytarmamaq və əlavə olaraq üstündəki pulları götürmək üçün Nicad İbrahimi bir neçə polis güllələyib.
Uzun müddət xəstə yatan biznesmen müflis olub və bildirdiyinə görə, polislər və həkimlər onu hədələyərək məsələni ictimailəşdirməməyi tələb ediblər. Hadisə ilə bağlı cinayət işi açılıb. Amma rəsmi versiyaya görə, Nicad İbrahim özü özünü güllələyib.
Nicad ibrahim deyir ki, hələ də məhkəmə qərarının əslini əldə edə bilməyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə dəfələrlə zəng etməyimizə baxmayaraq telefonlarımıza cavab verən olmadı. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun