“Neftçi”dən növbəti transfer

“Neftçi”dən növbəti transfer
9 Yanvar 2017
Mətni dəyiş
“Neftçi” növbəti transferi gerçəkləşdirib.
Abzas.net xəbər verir ki, paytaxt təmsilçisi 27 yaşlı çex müdafiəçi Pavel Dreksanı heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dreksa müxtəlif vaxtlarda Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarında oynayıb. O, klub səviyyyəsində “Siqma”, “Banik” “Znoymo” və “Karvina”da oynayıb.
Dreksa “Neftçi”də 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bu qış transfer pəncərəsi zamanı "Neftçi" Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), Kirill Petrov ("Olimpik", Ukrayna) və İqnasio Herreranı ("İrtış" Qazaxıstan) da heyətinə qatıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun