Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi məlum olub

Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi məlum olub
23 Yanvar 2017
Mətni dəyiş
Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi məlum olub.
"Report" xəbər verir ki, qanunverici orqanın İntizam Komissiyasının tərkibində dəyişiklik edilməyib.
Belə ki, parlamentin İntizam Komissiyasında əvvəlki tərkib - deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.
Komissiyanın yeni tərkibinin təsdiqlənməsi məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun