Millət vəkili bəzi cinayətlərə görə ömürlük həbs cəzasının tətbiqini təklif edib

Millət vəkili bəzi cinayətlərə görə ömürlük həbs cəzasının tətbiqini təklif edib
25 Yanvar 2017
Mətni dəyiş
”Azərbaycanda baxımsız qalan uşaqları terror qruplarına qoşulmağa, narkomaniyaya və uşaqbazlığa təhrik edənlərə qarşı cəzalar sərtləşdirilməlidir”.
Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında millət vəkili Astan Şahverdiyev deyib. O, belələrinə ömürlük həbs cəzası verilməsini təklif edib.
APA xəbər verir ki, A. Şahverdiyev cəzaların sərtləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini zəruri sayıb:
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanun qəbul etmişik. Qanunvericilik planına “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyaların qorunması haqqında” qanun layihəsi də daxildir. Mən təklif edirəm ki, qanun layihələrinin müzakirəsi zamanı bu hallara təhrik edən insanların mühakimə olunması və ömürlük həbs cəzası verilməsi nəzərə alınsın”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun