London metrosunda tətil

London metrosunda tətil
9 Yanvar 2017
Mətni dəyiş
Londonda metro işçiləri bazar günü 24 saat davam edəcək tətilə başlayıb.
Tətilin əsl təsiri isə bazar ertəsi səhəri hiss olunub. Şəhərin metro şəbəkəsindəki bir çox stansiyanın bağlanmasıyla yüz minlərlə insan işlərinə getmək üçün avtobus və ya digər nəqliyyat vasitələrinə yönələrək London nəqliyyatını iflic vəziyyətə salıb.
"Euronews"-un xəbərinə görə, şəhərin bələdiyyə başçısı Sadiq xan, işçiləri aldıqları tətil qərarı səbəbiylə tənqid edərək, yenidən müzakirə masasına oturmağı təklif edib.
Qeyd edək ki, işçilər avtomatik bilet satışının fəaliyyətə başlamasından sonra təxminən 800 nəfərin işlərini itirməsinə etiraz edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun