Kerry-nin səs yazısı sızdırıldı: "İŞİD-in gücləndiyini gördük, amma..."

Kerry-nin səs yazısı sızdırıldı: "İŞİD-in gücləndiyini gördük, amma..."
8 Yanvar 2017
Mətni dəyiş
ABŞ xarici işlər naziri John Kerry-nin 22 sentyabrda New Yorkda suriyalı müxaliflər və bəzi qərbli diplomatlarla reallaşdırdığı təxminən 40 dəqiqəlik görüşün səs yazısı sızdırılıb.
"WikiLeaks" internet saytı tərəfindən sızdırılan səs yazısında Kerry İŞİD-in yüksəlişini gördüklərini, ancaq bunun Suriya dövlət başçısı Bəşər Əsəd üzərində təzyiq quracağını düşündükləri üçün müdaxilə etmədiklərini söyləyib. Kerry bu ifadələrdən istifadə edib:
"Rusiya Suriya məsələsinə daxil oldu, çünki İŞİD güclənirdi. İŞİD-in Şama getmə ehtimalı təhdidedici idi. Bu səbəbdən də Rusiya Suriya probleminə qatıldı. Çünki İŞİD hökuməti istəmirdilər və Əsədi dəstəklədilər. Və bunun [İŞİD-in] böyüdüyünü bilirdik, izləyirdik. İŞİD-in gücləndiyini gördük və Əsədin təhdid altında olduğunu düşündük. Düşündük ki, Əsədi müzakirə masasına dəvət edə bilərik, amma Əsəd masaya oturmaq əvəzinə Putindən dəstək aldı".
"Aljazeera"-nın xəbərinə görə, Kerry Suriya rejiminə hansı səbəblə hərbi müdaxilənin edilmədiyini isə belə açıqlayıb:
"Suriyada hərbi güc istifadə edilməsi lehinə danışdım, bunu müdafiə etdim. Kimyəvi silahlar səbəbindən Əsədə hücum edəcəyimizi elan edən mən olmuşam. Sonrasında isə hadisələr başqa bir istiqamətdə inkişaf elədi. Amma nəticə etibarilə, konqres bu mövzunu səsə qoymağı belə rədd etdi. Tony Blair parlamentə getdi və səsvermədə məğlub oldu".
Kerry vəzifənin sona çatması səbəbiylə təşkil etdiyi mətbuata vida konfransında da 2013-də edilməsi düşünülən bu müdaxiləylə əlaqədar, "İngiltərə parlamentinin yox deməsi ucbatından iş getmədi, yoxsa Obama Suriyada hərbi gücdən istifadə etməkdə qərarlı idi", - deyə bildirib. Həmin dövrdə Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyi sübuta yetirilmişdi.
Kerry səs yazısında müxaliflərə silah göndərmənin işə yaramadığını deyib:
"Suriyadakı silahlı qruplar çox böyük dəstək alır. Yalnız ABŞ deyil, başqa şəriklərdən də, Qatar, Türkiyə, Səudiyyə Ərəbistanı. Çox böyük miqdarda silah və pul girişi olur. Lakin bolca silah göndərmək, başqalarının da daha çox silah göndərməsinə səbəb olur. Və bu da Hələb məsələsi kimi problemlərə gətirib çıxarır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun