İmtahandan kəsilən tələbə-jurnalistlər Abel Məhərrəmovun qəbulunda olub

İmtahandan kəsilən tələbə-jurnalistlər Abel Məhərrəmovun qəbulunda olub
27 Yanvar 2017
Mətni dəyiş
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov jurnalistika fakültəsinin tələbələrini qəbul edib.
Bu barədə APA-ya açıqlamasında BDU Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli məlumat verib.
Onun sözlərinə görə, qəbulda fakültənin 13 tələbəsi iştirak edib: “İmtahandan kəsilən tələbələr politologiya fənnindən qiymət ala bilməyiblər. Universitetin rektoru Abel müəllim onları qəbul etdi və tələbələrin imtahana zəif hazırlaşdığı məlum oldu. Bunlarla belə, rektor tələbələrə böyük qayğı ilə yanaşdı. Politologiya kafedrasının müdirinə tapşırdı ki, onlara iki günlük yenidən dərs keçirilsin ki, sualları yaxşı aydınlaşdırsınlar”.
C. Məmmədli əlavə edib ki, fevralın 3-də imtahandan kəsilən tələbələr yenidən imtahan verəcəklər.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid mesajının səs yazısının yayılmasından sonra 13 tələbə imtahandan kəsilib. İddia olunurdu ki, tələbələr sözügedən fakta görə qəsdən imtahandan kəsilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun