Bakıda avtobuslar üçün xüsusi zolaqlar salınır

Bakıda avtobuslar üçün xüsusi zolaqlar salınır
6 Yanvar 2017
Mətni dəyiş
Bakıda avtobuslardan ötrü xüsusi hərəkət zolaqları salınacağı bildirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında məlumat verilir.
Zolaqların salınması agentliyin təşəbbüsüdür. Məqsəd açıqlandığına görə, paytaxtda müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin, rahatlığın təmin edilməsi və əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.
"Azadlıq Radiosu"-nun xəbərinə əsəsən, agentliyin təklifinə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası müsbət rəy verib.
Xüsusi avtobus zolaqlarının ilkin mərhələdə Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M. Huseynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində salınması planlaşdırılır.
Qeyd edək ki, avtobus zolaqlarının nə vaxtdan işə düşəcəyi haqda hər hansı məlumat verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun