Yaponiya baş naziri sülh müqaviləsi üçün Rusiyaya gedir

Yaponiya baş naziri sülh müqaviləsi üçün Rusiyaya gedir
20 Dekabr 2016
Mətni dəyiş
Yaponiya baş naziri II Dünya müharibəsindən sonra Moskva ilə imzalana bilməyən sülh müqaviləsi haqda görüşlər keçirmək üçün Rusiyaya getməyi planlaşdırır.
Rusiya prezidenti Vladimir Putin və Yaponiya baş naziri Şinzo Abe-nin ötən həftə Yaponiyada reallaşan görüşünün ardından da, 2017-ci ilin əvvəlində Rusiyada sülh razılaşmasına istiqamətli danışıqların baş tutacağı bildirilmişdi.
Baş nazir Abe səfəri barədə jurnalistlərə məlumat verib:
"Rusiya ilə əlaqələrin inkişaf prosesini sürətləndirmək istəyirəm. Bu mövzuya həm Yaponiya, həm də Rusiyaya aid ola biləcək 4 ada (Kuril adaları) üçün ümumi qərar meydana gətirməklə başlamalıyıq."
İki ölkə arasındakı iqtisadi əlaqələrin də inkişafının lazım olduğunu söyləyən Abe, sülh müqaviləsinin imzalanması ilə bərabər digər məsələlərin həll ola biləcəyini qeyd edib.
Xatırladaq ki, Yaponiya, Rusiyanın II Dünya müharibəsinin sonunda ələ keçirdiyi Kuril adalarının onlara geri verilməsini sülh müqaviləsinin imzalanması üçün şərt qoymuşdu. Yaponiyanın haqq iddiası səbəbiylə iki ölkə arasında II Dünya müharibəsinin bitimində sülh razılaşması imzalana bilməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun