Xalq artisti Ağaxan Abdullayev vəfat edib

Xalq artisti Ağaxan Abdullayev vəfat edib
25 Dekabr 2016
Mətni dəyiş
Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib.
Bu barədə APA-ya muğam ustasının oğlu Hacı Minəxan Abdullayev məlumat verib.
Xalq artistinin vida mərasiminin yeri və dəfn yeri sabah məlum olacaq.
Qeyd edək ki, Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.
Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun