Səlim Müslümovun yeni villası və şikayət edən təqaüdçülər [Foto-video]

Səlim Müslümovun yeni villası və şikayət edən təqaüdçülər [Foto-video]
5 Dekabr 2016
Mətni dəyiş
"Tarif Şurasının qərarı ilə baş verən son artım əlillərə və pensiyaçılara ciddi təsir etməyəcək"
Bu sözləri işıq, qaz və dərman qiymətləri artırılandan sonra Milli Məclisdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov demişdi. Bu çıxışdan sonra nazir sosial şəbəkələrdə və cəmiyyətdə müzakirə mövzusuna çevrildi.
Bir çox insan narazılıq bildirdi ki, nazir insanların pensiyasının qaldırılmasından, sosial vəziyyətlərinin yaxşılaşdırılmasından danışmaq, bu istiqamətdə addımlar atmaq əvəzinə insanların vəziyyətini daha da pisləşdirəcək qərarı təhlükəsiz bir addım kimi təqdim etdi.
Səlim Müslümovun daha bir fikir etirazla qarşılandı. O, dedi ki, gələn il "Pensiya haqqında" qanuna ediləcək dəyişiklik insanlara öz fərdi hesabına daha çox vəsaitin köçürülməsinə imkan yaradacaq və əmək pensiyalarının formalaşdırılması bilavasitə onların özündən asılı olacaq.
Ekspertlərin fikrinə görə isə, bu o deməkdir ki, hökumət artıq insanların pensiyasının artırılmasını öz öhtəsinə götürmür və bu problemi də birbaşa vətəndaşların üstünə atır.
Səlim Müslümovun bu çıxışından və narazılıqlardan sonra hökumətin təzyiqlərindən dolayı adlarının çəkilməsini istəməyən vətəndaşlar nazirin yeni tikdirdiyi villa ilə bağlı bizi məlumatlandırdılar.
s-muslumovun-villasi
Həmin ərazidə qonşular da faktı təsdiqlədilər və bildirdilər ki, tikinti zamanı nazirin özü və oğlu tikintiyə şəxsən nəzarət ediblər. Hətta onlar villaya gələn zaman fəhlələri "podval"a salırlarmış ki, onlar naziri görməsinlər.
Bu yerdə maraqlı sual ortaya çıxır, 15 ildir 1500 manat maaş alan nazir bu milyonluq mülki hansı pulla tikib? Nəhəng villa 5 mərtəbədən ibarətdir və binanın əsas işləri görülüb, hazırda kosmetik işlər görülür. Hətta nazirin villasının lifti də olacaq, bununla bağlı artıq binada liftin şaxtası və konstruksiyaları qurulub.
lift-saxta
Səlim Müslümov kimdir? 
Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirib və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 1995-ci ilin iyulundan 2000-ci ilin Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.
səlim müslümov
2000-ci ilin martında Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 yanvarında prezidentin fərmanı ilə gömrük xidməti general-mayoru rütbəsi alıb.
2002-ci ilin 17 dekabr tarixində Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilib. 22 oktyabr 2013-cü ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsi tutur.
Qeyd edək ki, Azərbaycanda nazirlər və Dövlət Sosial Müdafiə Fondunun sədri 1500 manat, Gömrük Komitəsinin sədr müavini isə 875 manat maaş alır.
Nazirin müzakirələrə səbəb olan bu fikirləri ilə bağlı Bakı sakinlərinin, təqaüdçülərin də fikirlərini öyrəndik.
15390733_1184709181565997_5536216544755631651_n
Təqaüdçülər əksəriyyəti pensiyalarının az, qiymətlərin isə baha olmasından şikayət edirlər: "Yaxşı ki dükançılar çoxdu, çörəyi nisyə verirlər, deyirlər apar pensiyanı alanda gətirərsən. Çatmır axı. İndi də deyirlər ki, deputatların maaşını artırmaq lazımdı, onlar yazıqdı, kasıbdı".
15338718_1184709171565998_8480124672403895295_n
Başqa bir yaşlı vətəndaş deyir ki, vəziyyət çox çətindir: "Biz ağsaqqal kişilər dolana bilmirik, gəzə bilmirik, yemək lazımdı, geyinmək lazımdı, heçnə edə bilmirik. Nəvə pul istəyir yoxdu, nəvə məktəbə gedir, pul yoxdur".
15327304_1184709174899331_1266578516547136627_n
Başqa bir pensioner sakin deyir ki, yeməyi də bir təhər çatdırırıq: "İndi bahalıqdı, çox pis oldu. Kimin pulu var yaşayacaq, kimi pulu yoxdu, xəstələndi, o öləcək. Mənə uşaqlarım kömək etməsəydilər, yarım il bundan əvvəl ölmüşdüm".
"Pensiyanı heç nəyə çatdıra bilmirik, heç düz-çörəyimin pulu deyil, o ki qalsın dərmanların pulu olsun", - bu fikri də təqaüdçü Bakı sakini deyir. 
15310464_1184711151565800_539781039_n  
"Nazir villada yaşayır, mən daxmada. Yağış yağanda mən yerə qabları düzürəm ki, evi su basmasın. Kim istəyir gəlsin mənim evimə girsin baxsın. Mən onu düzəldə bilmirəm, ayrı gəlir yoxdu, ona görə başımıza su tökülür. Bu yaşımda oturmuşam burda "semiçka" satıram. O da gah o yana qovurlar, gah bu yana", - bu sözləri 81 yaşlı, məcburi köçkün Bakı sakini deyir.
O, burda oturub, soyuqda boranda, bu yaşında xırda ticarətlə məşğul olmağından şikayət edir: "Fəlakətə gedirik, pisə gedirik, yaxşı şey görmürük ki, biz qocalar sevinək". 
Təqaüdçülərin dediklərindən sonra yazını nazirin Milli Məclisdəki çıxışı ilə bitiririk:
"Pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. Eyni zamanda, son on ildə sosial müavinətlərin orta aylıq məbləğində 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən prezident təqaüdlərinin məbləğində iki dəfədən çox artım qeydə alınıb".
səlim müslümov villa səlim müslümov villa səlim müslümov villa

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun