Sabah ölkə ərazisində hava şəraiti yağmursuz olacaq

Sabah ölkə ərazisində hava şəraiti yağmursuz olacaq
6 Dekabr 2016
Mətni dəyiş
Bakıda və Abşeron yarımadasında dekabrın 7-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 4-7° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun