Qarabağ əlili YPX rəisinə etiraz olaraq maşınını yandırdı [video]

Qarabağ əlili YPX rəisinə etiraz olaraq maşınını yandırdı [video]
14 Dekabr 2016
Mətni dəyiş
1-ci qrup Qarabağ əlili məhkəmənin qərarını heçə sayan Yol Patrul Xidmətinin rəisinə etiraz olaraq şəxsi maşınını yandırıb.
Qarabağ əlilinin sözlərinə  görə ona polis tərəfindən yazılmış cərimə məhkəmə tərəfindən ləğv edilsə də, Yol Patrul Xidmətinin rəisi Ayaz Məmmədov cərimənin ləvğ edilməyəcəyini və hakimin səhv qərar qəbul etdiyini söyləyib:
"İyun ayının 22-sində xırda avtoqəza olmuşdu. Polis tərəfindən mənə 400 manat cərimə kəsilmişdi. Məhkəmənin qətnaməsinə əsasən cərimə silinməli idi. Poliş şöbəsində hakimin qətnaməsini müzakirə etdilər, cəriməni silmədilər. 8 ay get-gəldə qaldım, Yol Patrul Xidmətinin rəisi Ayaz Məmmədov mənə bu işdə köməklik göstərmədi. Artıq bezmişəm. Maşını nə sürə bilirəm, nə sata bilirəm, qalmışam belə"
Bəxtiyar Bayramov əgər bu işə 10 gün müddətində baxılmasa, 10 gün sonra maşını yandırdığı yerdə  özünə qəsd edəcəyini deyib.
Bayramov Bəxtiyar Məmməd oğlu 1-ci qrup Qarabağ əlilidir. 1992-ci ildə Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və ağır yaralanaraq bir ayağımı itirib. 4 övladı var.
[embed]http://www.youtube.com/watch?v=ssPwcGlblLI[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun