Navalnıy prezidentliyə namizədliyini irəli sürüb

Navalnıy prezidentliyə namizədliyini irəli sürüb
13 Dekabr 2016
Mətni dəyiş
Rusiya müxalifət liderlərindən Aleksey Navalnıy 2018-ci ildə keçiriləcək prezident seçkiləri üçün öz namizədliyini irəli sürüb. Bu barədə o öz saytında məlumat verib.
Saytda seçkiqabağı kampaniyanın əsas maddələri də göstərilib.
Öz proqramında Navalnıy qismən də olsa, azgəlirli sahibkarları vergilərdən azad etməyi, minimum əmək haqqının, təqaüdlərin minimum yaşayış səviyyəsindən yüksək, səhiyyənin yaxşılaşdırılması üçün xərclərin ən az iki dəfə artırılmalı olduğunu bildirib.
Onun sözlərinə görə, regionlardakı problemlərin həlli üçün yerli idarəetmə orqanları daha çox səlahiyyət və resurs əldə etməlidirlər. "Vergilərin çoxu yerində qalmalıdır, Moskvaya getməməlidir", - deyə proqramda qeyd olunub.
Navalnıy həmçinin, pulların "uzaq ölkələrə yardım" məqsədilə deyil, yerli əhalinin rifahı üçün xərclənməli olduğunu da bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun