Maaşlarını ala bilməyən işçilər "Azərinşaatın" qarşısında etiraz edir - [Video]

Maaşlarını ala bilməyən işçilər "Azərinşaatın" qarşısında etiraz edir - [Video]
5 Dekabr 2016
Mətni dəyiş
Bu gün "Azərinşaatservis" MMC keçmiş işçiləri idarənin qarşısında etiraz aksiyası keçiriblər.
İşçilərin dediklərinə görə, 1 ilə yaxındır əmək haqqlarını ala bilmirlər.
"Şirkət rəhbərliyi bizə bildirir ki, bütün ödəmə məbləğləri maliyyə nazirliyinə rəsmi şəkildə təqdim olunub, ödənişə qərarı nazir Samir Şərifov verməlidir. Biz də nazirdən xahiş edirik ki, bizi qəbul eləsin, insanların problemləri həll edilsin".
Digər bir işçi isə bildirib ki, fevral ayında iş müqaviləsi bitsə də şirkət son ödənişi hələ etməyib.
"Biz kimdənsə sədəqə istəmirik, öz əməkhaqqımızı tələb edirik. Bizi süründürməsinlər, pulumuzu versinlər" - deyə əlavə edib.
İşçilərin bildirdiklərinə görə, şirkət 2015-ci ilin noyabr ayından 2016-cı ilin yanvar ayına qədər olan ödənişi etmədiyi halda  2016-cı ilin fevralından bu yana işləyənlərin maaşı ödənilir.
İşçilər Sosial Müdafiə Nazirliyindən də narazıdılar: "Nazirlikdən müfəttiş deyir, şirkətə cərimə yazmışam, cərimə yazmaqla iş bitmir axı, problemi həll edilsin".
Şirkətin hesabında yetərli maliyyənin olduğunu deyən işçilər maaşlarını verməmək üçün dəfələrlə bəhanələrlə geri göndərildiklərini bildiriblər:
"Bizə deyirlər ki, rəhbərlik dəyişib. Rəhbərliyin dəyişməsinin bizim maaşımıza nə dəxli var? Hamısı bir dəfəyə ödəyə bilmirsə heç olmasa hissə-hissə ödəsin."
[caption id="attachment_16831" align="aligncenter" width="987"]Arxiv Arxiv[/caption]
Problemi həll etmək üçün işçilərin bir qismi Maliyyə Nazirliyinə, bir qismi Prezident Administrasiyasına, bir qismi də Sosail Müdafiə Nazirliyinə gedib. İşçilər 200-ə yaxın insanın əmək haqqını ala bilədiyini bildiriblər.
Etirazçıların demələrinə görə, rəhbərlik onlardan sonra işə götürdükləri şəxslərin pullarını verir, amma onlar yada düşmürlər.
Bir müddət sonra isə aksiya iştirakçıları məsələyə aydınlıq gətirilməsindən ötrü Maliyyə Nazirliyinə yollanıblar.
Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Sonuncu aksiyaları noyabrın 17-də keçirilmişdi. Ondan əvvəl oktyabrın 30-da keçirilən aksiya zamanı "Azəryolservis"in departament müdiri Rəcəb Heydərov AzadlıqRadiosuna bildirmişdi ki, müvafiq maliyyə vəsaitinin şirkətə daxil olmasını gözləyirlər ki, işçilərin də maaşlarını verə bilsinlər.
Oktyabrın 23-də isə maaşlarını ala bilməyənlər "Azəryolservis"in qarşısında aksiya keçirmişdilər.
Həmin vaxt "Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə AzadlıqRadiosuna demişdi ki, onlar, sadəcə, sifarişçidir və bu sifarişlərə uyğun olaraq müəyyən layihələr həyata keçirirlər: ""Azərinşaatservis" də podratçı şirkət olaraq bizim müəyyən sifarişlərimizi yerinə yetirir. Biz isə bu sifarişlərə uyğun olaraq "Azərinşaatservis"ə vaxtında ödənişlər eləmişik və burda heç bir problem yoxdur. Buna görə də "Azərinşaatservis"in işçilərinin maaş ala bilməməsi bizimlə bağlı deyil. Amma buna baxmayaraq, həmin şirkətin işçilərini biz qəbul etdik. Bu barədə aidiyyəti qurumlara məlumat veriləcək".
http://www.youtube.com/watch?v=tuUnG_zQP7A

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun