İsrail yəhudi məskənləri barədə səsverməni təxirə salıb

İsrail yəhudi məskənləri barədə səsverməni təxirə salıb
29 Dekabr 2016
Mətni dəyiş
"Beynəlxalq qanunlara əsasən məskənlər qanunsuzdur, lakin İsrail bunu qəbul etmir".
Şərqi Qüds şəhərinin işğal altında olan ərazilərində yəhudi məskənləri üçün təxminən 500 yeni evin tikilməsinə icazə verəcək səsvermə şəhər hakimiyyəti tərəfindən təxirə salınıb.
Deyilənlərə görə, bu qərar baş nazir Benyamin Netanyahunun ofisindən gələn xahişdən sonra verilib.
Qərar həmçinin ABŞ Dövlət Katibi John Kerry-nin İsrail-Fələstin münaqişəsi barədə çıxışından bir qədər əvvəl qəbul edilib.
Fələstin ərazilərində yaşayış məskənlərinin salınmasına son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasının qətnaməsi cümə günü ABŞ qəbul edilib.
Washington bundan əvvəl bənzər qətnamələrə veto qoyurdu.
ABŞ-ın səsverməyə müdaxilə etməmək qərarı cənab Netanyahunu qəzəbləndirib, və çərşənbə axşamı günü onun sözçüsü qətnamənin hazırlanması və qəbul edilməsində Ağ Evin iştirakı barədə məlumat əldə etdiyni bəyan edib.
ABŞ dövlət departamentinin sözçüsü iddiaların "qətiyyən doğru olmadığını" deyib, lakin qətnamənin İsrailə xəbərdarlıq olacağına ümid bəslədiyini bildirib.
Öz növbəsində yeni seçilmiş ABŞ prezidenti Donald Trump İsrailə "möhkəm olmasını" tövsiyə edərək twitter-də Obama administrasiyasını İsrailə "nifrət və hörmətsizliklə" yanaşmaqda günahlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun