İsrail prezidentindən BMT-nin qərarına etiraz

İsrail prezidentindən BMT-nin qərarına etiraz
28 Dekabr 2016
Mətni dəyiş
İsrail prezidenti Rivlin, "BMT TŞ-nın yəhudiqəsəbələrinin inşasının dayandırılmasına dair qərarı, Fələstin və İsrail arasındakı sülh və güvənə zərbə xüsusiyyətindədir", - deyə açıqlama edib.
İsrail prezidenti Reuven Rivlin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) qəbul edilən və işğal altındakı Fələstin torpaqlarında inşa edilən qeyri-qanuni yəhudi qəsəbələrinin "dərhal və tamamilə" dayandırılmasını tələb edən qərarı, "sülhə zərbə" olaraq xarakterizə edib.
Yeni il qeyd etmələri səbəbiylə fərqli xristian məzhəblərinin nümayəndələrini qəbul edən Rivlin, burada verdiyi açıqlamada, "BMT TŞ-nın yəhudi qəsəbələrinin inşasının dayandırılmasına dair qərarı, Fələstin və İsrail arasındakı sülh və güvənə zərbə xüsusiyyətindədir", - deyə bildirib.
Katoliklərin ruhani lideri Papa Franciscus-un İsrail və Fələstin münasibətlərində yeni bir səhifə açılması mövzusunda söylədiklərinə diqqəti çəkən Rivlin, beynəlxalq cəmiyyətə iki tərəf arasında güvən inşa edilməsi və ixtilafın həll edilməsi üçün çağırış edib.
Anadolu Agentliyinin məlumatına görə, Rivlin ölkəsinin Qüdsdə bütün dinlərə ibadət azadlığı tanıdığını vurğulayıb.
Xatırladaq ki, İsrailin işğalı altındakı Fələstin torpaqlarında qeyri-qanuni bütün məskunlaşma fəaliyyətlərini "dərhal və tamamilə" dayandırmasını ehtiva edən qərar, keçən həftənin cümə günü 14 səslə BMT TŞ-da qəbul edilmişdi.
BMT Təhlükəsizlik Şurasında söz mövzusu qərarın qəbulunda, indiyə qədər İsrailə istiqamətli tənqidlərin qarşısında duran və 2011-ci ildə İsrailin qeyri-qanuni məskunlaşma vahidlərini qınayan qərar layihəsini veto edən ABŞ-ın ilk dəfə bitərəf qalması təsirli olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun