Çempionlar Liqasında 1/8 finalın püşkü atılır

Çempionlar Liqasında 1/8 finalın püşkü atılır
12 Dekabr 2016
Mətni dəyiş
Bu gün bütün  Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Avropanın 16 ən güclü komandası 8 cütlük təşkil edəcək. Klublar qrup mərhələsində tutduğu yerlərə görə səbətlərə bölünəcək.
Qrup qalibləri 1-ci, ikinci yer sahibləri isə 2-ci səbətdə yer alacaq. Eyni qrupdan çıxan komandalar bir-birinə rəqib ola bilməyəcək. Həmçinin, eyni ölkə təmsilçiləri 1/8 finalda qarşılaşmayacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-i, cavab oyunları isə martın 7-8 və 14-15-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final Qrup qalibləri “Arsenal” (İngiltərə) “Atletiko” (Madrid, İspaniya) “Barselona” (İspaniya) “Borussiya” (Dortmund, Almaniya) “Lester” (İngiltərə) “Yuventus” (İtaliya) “Monako” (Fransa) “Napoli” (İtaliya)
Qrup ikinciləri
“Benfika” (Portuqaliya) “Bavariya” (Almaniya) “Bayer” (Leverkuzen, Almaniya) “Mançester Siti” (İngiltərə) PSJ (Fransa) “Portu” (Portuqaliya) “Real” (Madrid, İspaniya) “Sevilya” (İspaniya)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun