Berlindəki hücumu İŞİD öz üzərinə götürüb

Berlindəki hücumu İŞİD öz üzərinə götürüb
21 Dekabr 2016
Mətni dəyiş
Özünü İraq Şam İslam Dövləti adlandıran qruplaşma bəyan edib ki, Berlində Milad bazarına yük maşını ilə hücumu onların döyüşçülərindən biri edib.
Hücumçunun şəxsiyyəti hələ müəyyən edilməyindən qruplaşmanın iddiasını birbaşa yoxlamaq mümkün olmayıb.
Almaniya müstəntiqləri saxladıqları bir şübhəlini də kifayət qədər sübut olmadığından azadlığa buraxıb. Media həmin şəxsin Pakistan əsilli Naved B. olduğunu müəyyən edib.
Rəsmilər deyib ki, cinayətkar və ya cinayətkarlar azadlıqda ola bilər.
İŞİD öz xəbər agentliyi vasitəsilə deyib ki, "koalisiya ölkələrinin xalqını hədəf götürmək haqqında cağırışa cavab olaraq" onların "əsgərlərindən biri" 12 nəfərin ölümünə və 49 nəfərin yaranlanmasına səbəb olan hücumu həyata keçirib.
Almaniya daxili işlər naziri Thomas De Maiziere iddiaya ehtiyatla reaksiya verib və deyib ki, "istintaqın bir neçə xətti üzrə araşdırmaları" davam etməkdədir.
Federal prokuror, Peter Frank jurnalistlərə deyib ki, hücumun üslubu və hədəf qrupları hadisədə İslam ekstremizminin olduğunu deməyə əsas verir.
İnsanların izlədiyi yeganə şübhəli parkda, onlar polisə xəbər verildikdən sonra tutulub.
Yük maşının öz sürücüsü, Polşa sakini Lukasz Urban, maşının sərnişin oturacağında ölü tapılıb. Onun bədənində güllə və bıçaq yaraları olduğu deyilir. Hər hansı bir silah aşkar olunmayıb.
BMT Təhlükəsizlik Şurası "barbar və amansız terror hücumunu" pisləyib və deyib ki, "istənilən terror fəaliyyəti harda, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq cinayətdir və yersizdir".
Almaniya hakimiyyəti 12 nəfərin ölümü ilə nəticələnən və Milad bazarında yük maşını ilə törədilmiş hücumun arxasında, hadisədən sonra saxlanılmış şəxsin olmasından əmin olmadığını deyir.
"Biz saxlanılmış şəxsin təqsirkar olmaması ehtimalını nəzərdə saxlamalıyıq", federal prokuror Peter Frank deyib.
Thomas De Maiziere-in sözlərinə görə, şübhəli şəxs güman ki, Pakistandan gəlib, lakin onun sığınacaq barədə müraciəti tamamlanmayıb.
Berlin polis sözçüsü Winfried Wenzel deyib ki, nəqliyyat vasitəsini sürən şəxs hadisə yerindən 2 kilometr uzaqlıqda saxlanılıb və dindirilib. Almaniya polisi hadisəni "mümkün terror hücumu" kimi araşdırır.
Saxlanılan şəxsin xırda cinayətlərə görə polisə tanış olduğu qeyd olunur. Hərçənd ki, onun terrorçuluqla bağlı əlaqələri barədə məlumat yoxdur, Tagesspiegel nəşri yazır.
Kansler Angela Merkel deyib ki, hücumu törədənlərə qarşı qanunla nəzərdə tutulan ən sərt cəza tətbiq edilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun