Bakıda 1-2 mərtəbəli köhnə evlər söküləcək

Bakıda 1-2 mərtəbəli köhnə evlər söküləcək
22 Dekabr 2016
Mətni dəyiş
SSRİ dövründə Bakıda "Xruşovka" üslubunda inşa edilən yaşayış binaları müəyyən müddətdən sonra sökülə bilər. 
Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.
"Bakıda pilot layihələr çərçivəsində insanların yaşayış şəraitinin yaxşılaşdırılması və şəhərin görünüşünə ciddi xələl gətirən binaların köçürülməsi nəzərdə tutulub. Bu, əsasən 1-2 mərtəbəli binalardır. "Xruşovka" üslubunda tikilən yaşayış binaları isə müəyyən müddətdən sonra sökülə bilər. Lakin pilot layihə çərçivəsində ilk olaraq həyat üçün təhlükəli olan azmərtəbəli binaların köçürülməsi planlaşdırılır. Bu proses hazırda Bakının demək olar ki, bütün rayonlarında həyata keçirilir", - deyə İ.İsbatov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun