Airbus İrana 18 mlrd dollarlıq təyyarə satacaq

Airbus İrana 18 mlrd dollarlıq təyyarə satacaq
23 Dekabr 2016
Mətni dəyiş
İran höküməti Airbus Group SE-dən 100 təyyarənin alışı ilə bağlı çoxmilyardlı müqavilənin bağlandığını təstiqləyib. Bu barədə Wall Street Journal məlumat verir.
Aviasiya konserni Tehrana 18 mlrd dollar qarşılığında 46 A320, 38 A330 və 16 A350 laynerlərini satacaq. Bütün təyyarələr İran Air-ə çatacaq. İlk təyyarələrin İrana artıq 2017-ci ilin əvvəlində gələcəyi planlaşdırılır.
Dövlət havayolu şirkəti olan İran Air digər yerli aviaşirkətlər kimi qərbin sanksiyaları səbəbilə uzun müddətdir ki, yeni təyyarələr ala bilmirdi. İran rəsmiləri aviaparkın tam yenilənməsi üçün yaxın 10 ildə 400-dən çox təyyarə ehtiyac olduğunu hesablayıblar.
Airbus-un kommersiya departamenti rəhbərinin verdiyi məlumata görə, müqavilə pilotların hazırlığını da nəzərdə tutur.
Qeyd edək ki, 2016-cı ilin əvvəlində İran 114 sərnişin təyyarəsinin alınacağını, lakin o zaman müqavilənin dəyərinin 10 mlrd dollar məbləğini keçməyəcəyi bildirilmişdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun