Volkswagen 30 min iş yerini ixtisara salır

Volkswagen 30 min iş yerini ixtisara salır
19 Noyabr 2016
Mətni dəyiş
Volkswagen avtomobil şirkəti dünya boyunca 30 min iş yerini ixtisar etməyi planlaşdırdığını bəyan edib. Almaniyada 23 min əməkdaş öz iş yerini itirəcək.
İxtisar barədə qərar "dizel qalmaqalı"nın nəticələrini aradan qaldırmaq üçün qənaət etməkdir.
Şirkət iş yerlərini ixtisara salmaqla 2020-ci ilə qədər hər ilə 3,9 milyard dollar qənaət etmək niyyətindədir.
Volkswagen-in dünya üzrə müəssisələrində və ofislərində ümümilikdə 600 mindən çox insan çalışır.
Plana əsasən qənaət edilən vəsait həmçinin elektromobil və pilotsuz avtomobillər seqmentinin inkişafına yönləndiriləcək.
2015-ci ildə Volkswagen-in ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testinin nəticələrini saxtalaşdırdığı məlum olub.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi müəyyən edib ki, avtomobilin kompüterindəki proqram mühərrikin hansı rejimdə çalışdığını müəyyən edə bilib.
Aparılan testlər zamanı bu proqram tullantı qazlarının real ölçülərini olduğundan daha aşağı göstərib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun